Prezident İlham Əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə 3 milyon manatı ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov