Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il üçün birləşdirilmiş maliyyə hesabatının auditini və vergi auditi keçirəcək.
“BDO Azerbaijan” şirkəti Dövlət İmtahan Mərkəzinin 2019-cu il üçün birləşdirilmiş maliyyə hesabatının auditini və vergi auditi keçirəcək.
“BDO Azerbaijan” müvafiq kotirovka sorğusunun qalibi olub. Şirkətlə 18.29 min manat dəyərində müqavilə bağlanılıb”, - deyə Mərkəzdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Dövlət İmtahan Mərkəzi prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. DİM dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.*
Ə.Məmmədov