Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ildə Bakı və Azərbaycanın regionlarında ən azı 8 DOST mərkəzi açmağı planlaşdırır. Bunu nazir Sahil Babayev deyib.
“Bütövlükdə, yaxşı mənada desək, DOST mərkəzləri şəbəkəsinin inkişafına dair hədəflərimiz var. Hazırda Bakıda 2 DOST mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, gələn il Bakıda daha bir mərkəzin açılışı planlaşdırılır”, - nazir AzTV dövlət telakanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ƏƏSMN 2020-ci ildə regionlarda: Quba, Şəki, Bərdə, Sumqayıt, Sabirabad, Gəncə, Abşeron rayonunda mərkəzlərin açılması məqsədilə işlərə başlayacaq. “Gələn il ən azı 6 mərkəzin fəaliyyətə başlayacağına ümid edirik”, - Babayev qeyd edib.
O əlavə edib ki, bu planların yerinə yetirilməsi 2021-ci ilə qədər Azərbaycan əhalisinin 60%-i və ölkə ərazisinin 40-ni DOST mərkəzləri ilə əhatə etməyə imkan verəcək.
Həmçinin, nazir vurğulayıb ki, ümumilikdə Azərbaycanda 31, həmçinin Bakıda 5 DOST mərkəzinin açılışı planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 132 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.**
A.Əzizov