Prezident İlham Əliyev bu gün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.
Prezidentin rəsmi saytında verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Tunelin ümumi uzunluğu 566 metr, qapalı hissəsinin uzunluğu 160 metr, eni 31 metr, hündürlüyü 6 metrdir.
Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması baxımından da mühüm rola malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə tikinti-quraşdırma işləri davam etdirilir.*
B.Rüstəmbəyov