Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu Gəncə şəhərində yaşayış kompleksinin tikinti layihəsini hazırlayacaq.
www.tender.gov.az saytının məlumatına görə, Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-nin keçirdiyi müvafiq tenderin qalibi olub. İnstitut ilə 225 min 474,66 manat məbləğində müqavilə imzalanıb.
Kompleks Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
N.Abbasova