Prezident İlham Əliyev yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində "Azərxalça" ASC-yə 17 milyon 535,6 min manat ayrılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
“Azərxalça” ASC Azərbaycan prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.*
B.Rüstəmbəyov