"MİDA" MMC Yasamal rayonunda ikinci yaşayış kompleksi ərazisində binaların və digər obyektlərin tikintisinə tikintisinə 36 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, 7 şirkət ilə podrat müqavilələri imzalanıb.
Müqavilələrin ümumi dəyəri 36 milyon 54 min 320,03 manatdır.
Xüsusilə, AS TİKİNTİ MMC ilə 32 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikinti işləri ilə bağlı
2 milyon 986,506 min manat məbləğində müqavilə imzalanıb. Həmçinin, QAZ OİL BUİLDİNG MMC ilə sahəxarici və sahədaxili qaz təminatı işlərinə dair 700 min 89.93 min manat məbləğində müqavilə imzalanıb.
ÇİNAR İNŞAAT MMC ilə 45 nömrəli və 47 nömrəli 125 yerlik uşaq bağçalarının (qazanxana binaları ilə birlikdə) tikinti işlərinə dair 3 milyon 638 min 285.99 min manat, MERKURİ-İNŞAAT MMC ilə 48 və 49 nömrəli qeyri-yaşayış binalarının, 2 ədəd polis məntəqəsinin və 2 ədəd qazanxananın (məktəb və 46 nömrəli uşaq bağçası üçün) tikinti işlərinə dair 1 milyon 644 min 893.83 manat məbləğində müqavilə imzalanıb.
Həmçinin, MERKURİ-İNŞAAT MMC, (CONCO MMC KONSORSİUM) ilə 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikinti işlərinə dair 3 milyon 258,51 min manat məbləğində müqavilə imzalanıb.
DİADEM MMC ilə 13 nömrəli 9 mərtəbəli 2 bloklu və 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikinti işlərinə dair 5 milyon 940 min 521.87 manat, 9 saylı TİKİNTİ TƏMİR İDARƏSİ MMC ilə istinad divarları, sahədaxili abadlıq və yaşıllaşdırma işlərinə dair 3 milyon 728,425 min manat, sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin çəkilməsinə dair 3 milyon 636 min 17.57 manat məbləğində müqavilələr imzalanıb.
ENERJİ QRUP MMC ilə sahəxarici və sahədaxili elektrik enerjisi təchizatına dair 10 milyon 753 min 728.81 manat məbləğində müqavilə imzalanıb.
Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.
Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
Ə.Məmmədov