Azərbaycan prezidenti İlham Əliyev bazar günü Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin yaradılmasına dair fərman imzalayıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.
Agentlik Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi bazasında yaradılır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyinin strukturuna daxildir. Agentliyin nizamnamə kapitalı 100 min manat təşkil edir.
Fərmana əsasən, Nazirlər Kabinetinə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görsün, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Təhsil Nazirliyinə Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb. **
X.Nəsirzadə