2019-cu ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları 13,7% artıb. Bunu “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları 13,7% artıb və hazırda $50,9 milyard təşkil edir. Valyuta ehtiyatları ÜDM-nin həcmini keçir”, - AMB-dən qeyd ediblər.
2018-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $44,8 milyarda yaxın təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü ilin 1 oktyabr tarixinə Azərbaycanın valyuta ehtiyatları $53,7 milyard məbləğində pik səviyyə təşkil edirdi. 2014-cü ilin dördüncü rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Həmin ehtiyatların milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəlməsi səbəbindən bu proses 2015-2016-cı illərdə davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub. **
A.Əzizov