2019-cu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatına kredit qiyuluşları 16,1% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
“2019-cu ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Nəticədə, kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb”, - Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
AMB-nin məlumatına görə, əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 mlrd. manata çatıb. “Hazırda əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur”, - bank qeyd edir.
Bankdan bildirilir ki, əhalinin əmanətlərinin de-dollarlaşma prosesi davam edir: 2018-ci ilin sonuna 62.5%-dən 54.1%-ə enib.
“Hazırda bank sisteminin kapital adekvatlığı 22.6%, likvid aktivlərin cəmi depozitlərə nisbəti 40% təşkil edir”, - bankdan vurğulanır.**
A.Əzizov