Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə uçot dərəcəsinin parametrlərinə 8 dəfəbaxmağı planlaşdırır. Bu barədə AMB-nin 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
“Gələn il AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 19-da, mayın 1-də, iyunun 19-da, iyulun 30-da, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq”, - deyə bəyanatda bildirilir.
Qərarlardan dördü (31 yanvar, 1 may, 30 iyul və 30 oktyabr) mətbuat konfranslarında açıqlanacaq.
2019-cu ildə AMB uçot dərəcəsinin parametrlərinə 8 dəfə baxıb və hər dəfə onu 25 faiz bəndi aşağı salıb. Beləliklə, 2019-cu ilin sonuna uçot dərəcəsi 9,75%-dən 7,5%-ə endirilib, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% səviyyəsində müəyyən edilib.*
Ə.Məmmədov