Rusiya və Azərbaycan birgə səylərlə strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı əlaqələrin gələcək inkişafını təmin edirlər. Bunu Rusiya prezidenti Vladimir Putin qeyd edib.
Putin qarşıdan gələn Yeni İl münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini vurğulayıb.
“Əminəm ki, Rusiya və Azərbaycan birgə səylərlə strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı əlaqələrin gələcək inkişafını təmin edəcəklər, bu da iki dövlətin xalqlarının maraqlarına tam mənada cavab verir, Cənubi Qafqaz və Xəzər dənizi regionunda sabitlik və təhlükəsizliyi möhkəmləndirir”, - Rusiya lideri qeyd edib. Təbrik məktubu Kremlin saytında dərc olunub. **
A.Əzizov