Bakı "Türk axını" qaz kəmərinin inşası layihəsini lap əvvəldən dəstəkləyib. Bu sözləri prezident İlham Əliyev deyib.
“Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik”, - deyə o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
İ.Əliyev vurğulayıb ki, Rusiya ilə Azərbaycanın həyata keçirdiyi enerji layihələri bir-birinə rəqib deyil.
“Bəzən müxtəlif ölkələrin mətbuatında burada hansısa rəqabət olması barədə eşidirik, bu cür tezislər görürük. Bu, əsla belə deyil, heç vaxt belə olmayıb və əminəm ki, belə olmayacaq. Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər”, - deyə dövlət başçısı vurğulayıb.*
N.Abbasova