Azərbaycan ümid edir ki, Bakıda Rusiyanın “Vertolyotı Rossii” SC arasında Bakıda Helikopterlərə texniki xidmət üzrə servis mərkəzi regional olacaq. Bunu prezident İlham Əliyev deyib.
“Bu il (dekabrın 9-da – İF) Rusiyanın “Vertolyotı Rossii” ilə Helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasının təməli qoyuldu. Qeyd etmək lazımdır ki, bizim 100-dən artıq Rusiya istehsalı helikopterimiz var və onlara servis tələb olunur. Ümid edirik ki, bu mərkəz regional olacaq və Rusiyanın hərbi texnikasına malik olan qonşu ölkələr bizim imkanlarımızdan (servis ilə bağlı - İF) istifadə edəcəklər”, Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Dekabrın 9-da “Azərbaycan Hava Yolları”QSC ilə Rusiyanın “Vertolyotı Rossii” SC arasında Bakıda Helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair saziş imzalanıb. Mərkəz Zabrat aerportunun (Bakının qəsəbəsi) ərazisində yaradılacaq. İlk illər mərkəzdə ildə 4-6 helikopter təmir olunacaq. Gələcəkdə istehsalat qüclərinin 8-10 helikopterə qədər artırılması nəzərdə tutulur. **
N.Abbasova