Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon 30 min manat məbləğində vəsait ayrılıb.
Əliyevin sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Vəsait "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndən ayrılacaq. **
B.Rüstəmbəyov