Bank VTB (Azərbaycan)-ın “Əcəmi” və “Neftçilər” filialları müştərilərin rahatlığını təmin etmək məqsədilə qeyri-iş günləri - 3-6 yanvar 2020-ci il tarixində xidmət göstərəcək.
Bankın ofisləri saat 10.00-dan 16.00-dək çalışacaq.
Müştərilər əsas xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər:
· Cari hesabdan vəsaitin verilməsi;
· Təcili pulköçürmələri;
· Cari hesabların açılması;
· Ödəniş kartının sifarişi;
· Cari (kart) və depozit hesabların artırılması
Filialda eləcə də kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlərdən istifadə etmək də mümkündür.
Bundan başqa, müştərilər bankın çağrı mərkəzinin 986 qısa nömrəsinə saat 10.00-dan 16.00-dək zəng edərək məhsul və xidmətlər üzrə məsləhət ala bilər.
ASC VTB (Azərbaycan) Mətbuat xidmət
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E www.vtb.az