İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 69,724 milyon manat məbləğində qiymətləndirilir.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu ildə kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 52,22 milyon manat, dekabrda 17,12 milyon manat təşkil edib.
İKZF kreditlər üzrə zəmanətlərin verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 2018-ci ilin sonuna kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlər 17,5 milyon manat məbləğində qiymətləndirilib.
Şərtlərə görə, fond 30 min manatdan 3 milyon manatadək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Bu halda kreditin müddəti 7 ildən, kredit üzrə güzəştli dövr isə 2 ildən çox olmamalıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun elan olunmuş nizamnamə kapitalı 566 milyon manat təşkil edir.*
Ə.Məmmədov