SOCAR 2019-cu ildə Bakı-Novorossiysk neft kəməri ilə 879,28 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə 2019-cu ildə Azərbaycandan Novorossiysk limanına 879,28 min ton, dekabrda isə 140,73 min ton neft nəql olunub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
SOCAR 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1 milyon 212,7 min ton neft nəql edib. Beləliklə, 2019-cu ildə bu boru kəməri ilə neft ixracı 27,5% azalıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova