Ötən il Gürcüstan 9,3 milyondan çox əcnəbi turist qəbul edib, bu da 2018-ci ilin göstəricisindən 7,1% çoxdur. Bu barədə Milli Turizm Administrasiyasının rəhbəri Mariam Karivişvili ötən ilə yekun vuraraq bildirib.
2019-cu ildə Gürcüstana ən çox sayda turist Azərbaycandan gəlib – 1 milyon 509,7 min nəfər (il ərzində artım 7,1%). İkinci yerdə Rusiya vətəndaşları – 1 milyon 463 min nəfər (artım 4,7%), üçüncü yerdə isə - Ermənistan vətəndaşlarıdır (1 milyon 349,3 min nəfər, artım 7,5%). **