Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 394 nəfərin namizədliyini qeydə alıb. Bu barədə MSK-nın sədri Məzahir Pənahov deyib.
"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər2 264 namizədmüraciət edib. 462 nəfər 19 siyasi partiya,16nəfər təşəbbüs qrupları tərəfindən,1 786 nəfərisə fərdi qaydada namizədliyini irəli sürüb. Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”, - MSK-nın sədri bazar günü keçirilən iclasda bildirib.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Azərbaycan parlamenti 125 deputatdan ibarətdir.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat fevralın 8-də dayandırılacaq.**
Ə.Məmmədov