ABŞ prezidenti Donald Tramp bazar ertəsi bir daha söz verib ki, Tehran heç zaman nüvə silahına malik olmayacaq.
“İranın heç zaman nüvə silahı olamyacaq!”, - deyə o böyük hərflərlə “Twitter”də yazıb.
İran televiziyasının məlumatına görə, “İran 2015-ci il nüvə sazişi ilə əlaqədar müəyyən olunan heç bir məhdudiyyətə riayət etməyəcək”.
Tehranda qeyd edilən qərar cümə günü amerikalı hərbçilərinin həyata keçirdiyi əməliyyat nəticəsində İran generalı Qasım Süleymani həlak olduqdan sonra qəbul olunub.
İranın dini rəhbəri Ayətullah Əli Xamneyi söz verib ki, Süleymaninin qətli qisassız qalmayacaq. **