ABŞ-ın müdafiə naziri Mark Esper təsdiq edib ki, daha əvvəl prezident Donald Trampın bəyan etdiyi kimi, İranla hərbi münaqişə zamanı ABŞ İranın mədəni irs obyektlərinə zərbələr endirə bilər.
Trampın müvafiq bəyanatına dair sualı cavablandırarkən Esper bildirib ki, Birləşmiş Ştatlar “müharibə dövrünün qanunlarına riayət edəcək”.
Bunun mədəniyyət obyektlərini hədəf almağı qadağan edən beynəlxalq qanunlarla necə uyğunlaşmasına dair sualı cavablandırarkən Esper təkar edib: “Müharibə dövrünün qanunları belədir”.
Washington Post nəşri yazır ki, Esper izah edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi İran barəsində istənilən gözlənilməz hadisələrə hazırdır və Tehrana müraciət ondan ibarətdir ki, “top İran tərəfində qalır”. **