“Azerbaijan Rigs” MMC hüquqi xidmətlərin və vergi məsləhətlərinin göstərilməsi üzrə şirkətlər seçir. Bu barədə MMC-nin elanında qeyd edilir.
Seçim iki tender vasitəsilə keçirilir. Tenderlərdə zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Hər tenderdə iştirak haqqı 50 manat təşkil edir.
Tenderlərin şərtlərinə əsasən, 2020-ci il ərzində “Azerbaijan Rigs” MMC-yə hüquqi xidmətlər və vergi məsləhətləri göstərilməlidir.
Şirktlərdən tender təklifləri 2020-ci il 19 fevral saat 12:00-dək qəbul olunur.
Tender proseduru 20 fevral saat 10:00-da baş tutacaq.
“Azerbaijan Rigs” MMC-də ARDNF 90%, SOCAR 10% iştirak payına malikdir. **
B.Rüstəmbəyov