Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci il yanvarın 7-də keçirilən növbəti depozit hərracında 150 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank yanvarın 7-də keçirilən hərracda 150 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 909,1 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 5,76% təşkil edib”, - bankdan bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov