Bağdadda İranın görkəmli hərbi xadimlərinin öldürüldüyü xüsusi əməliyyata görə İran ABŞ-dan qisas almaq üçün 13 ssenari hazırlayıb. Bu barədə Tasnim agentliyi məlumat verir.
Bu barədə çərşənbə axşamı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani məruzə ilə çıxış edib. O bəyan edib ki, “ən zəif ssenari ABŞ üçün tarixi dəhşət ola bilərdi”.
“Əgər amerikalı hərbçilər regionumuzu könüllü olaraq tərk etməsələr, biz elə edəcəyik ki, onların cəsədlərini horizontal vəziyyətdə çıxaracaqlar”, - Şəmxani qeyd edib.
O, həmin ssenarilərin təfərrüatlarını dəqiqləşdirməyib. **