Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” şirkəti tərəfindən hazırlanan yenilənmiş “Pasportlar indeksi”ndə qeyd olunur.
“2019-cu ildə Azərbaycan reytinqdə 76-cı pillədə qərarlaşıb (2018-ci illə müqayisədə iki pillə aşağı). Hazırda Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər (2018-ci ildə - 66 ölkəyə)”, - “Henley & Partners” qeyd edir.
İl ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız səfər etmək imkanı əldə edib. Eyni zamanda, Benin və Cibuti ilə əlaqədar bu imkanı itirib.
Artıq üç ildir İndeksdə birinci yerdə Yaponiyadır. Bu ölkənin vətəndaşları 191 ölkəyə vizasız səfər edə bilərlər, bu da bir il əvvələ nisbətən bir ölkə çoxdur. Sinqapur 190 vizasız ölkəyə səfər imkanı ilə 2-ci yerdədir. Cənubi Koreya bir pillə aşağı enərək Almaniya ilə birlikdə 3-cü yeri bölüşür (189 istiqamət). **
A.Əzizov