Azərbaycan macəra turizminin inkişaf potensialı ilə dünyanın ilk 10 ölkəsi sırasına daxil olub. Bu barədə Lonely Planet portalı məlumat verir.
BBS-nin mütəxəssislərinin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan 10-cu yerdə qərarlaşıb.
Ekspertlər kəskin duyğular nöqteyi-nəzərindən daha çox cəlbedici yerlər, həmçinin tarixi və təbii görməli yerlər, yerli sakinlərin qonaqpərvərliyini nəzərə alırlar.
“2018-ci ilin lideri Pakistan seçilib, ötən il Efiopiya, 2020-ci ildə isə Əlcəzair reytinqin lideri olub”, - portal qeyd edir.
Bundan əlavə, reytinqə aşağıdakı ölkələr daxil olub: Səudiyyə Ərəbistanı (2-ci yer), Pakistan (3-cü yer), İran (4-cü yer), Qazaxıstan (5-ci yer), Özbəkistan (6-cı yer), Bosniya və Herseqovina (7-ci yer), Rusiya və Efiopiya 8-ci və 9-cu yerlərdə qərarlaşıblar. **
X.Nəsirzadə