Azərbaycan prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edərək ASC-nin sədri təyin edib.
Əliyevin müvafiq sərəncamları çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsi 2018-ci il sentyabr ayından Baba Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin olunandan sonra vakant qalıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova