Azərbaycan prezidenti İlham Əliyev yeni müəssisələrin sayı və əhalinin artımı ilə əlaqədar ölkədə generasiya güclərinin artırılmasının zəruriliyi barədə bəyan edir.
“Biz son 15 il ərzində təqribən 3 min meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib”, - çərşənbə aşxamı İ.Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunan Vüqar Əhmədovu qəbul edərkən bildirib.
O cümlədən, prezident vurğulayıb ki, reallaşdırılan elektrik enerjisinə görə 95% səviyyəsində yığım yaxşı göstərici hesab olunur.
“Azərenerji”yə enerji pulunu 100% ödəyirsiniz və yığım da 95%-dir, bu da hesab edirəm ki, yaxşı nəticədir. Bu sahədə doğrudan da çox işlər görülüb, o cümlədən vaxtilə böyük problemə çevrilən ödəməmələr məsələsi ilə bağlı. İndi bu problem mövcud deyil”, - dövlət başçısı bildirib.
Həmçinin, İ.Əliyev qeyd edib ki, paylayıcı xətlər indi tamamilə yenilənib.
“Enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14% artıb. Deməli, əlavə enerji gücü lazımdır”, - prezident vurğulayıb.
Dövlət başçısı bəyan edib ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. “Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur”, - İ.Əliyev deyib.
Əliyev Azərbaycan əhalisinin artması ilə əlaqədar yeni generasiya güclərinin yaradılmasının zəruriliyini qeyd edib. “İndi əhali 10 milyona çatıb. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək”, - Azərbaycan prezidenti bildirib. **
B.Rüstəmbəyov