Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
“Avstraliyada yanğınlarda ölən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”, - XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunur. **
N.Abbasova