İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, Tehran müharibəyə can atmır, lakin özünü istənilən təcavüzdən müdafiə edəcək.
“Iran, vətəndaşlarımız və yüksək vəzifəli şəxslərimizə qorxaq silahlı hücuma başlanılan bazanı hədəf alaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib özünümüdafiə tədbirləri həyata keçirərək bunu başa çatdırıb”, - Zərif özünün “Twitter”ində yazıb.
“Biz gərginlik və ya müharibəyə can atrmırıq, lakin üözümüzü istnilən təcavüzdən müdafiə edəcəyik”, - o əlavə edib. **