Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyəyə səfərə yola düşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
“Səfərin məqsədi çərşınbə günü İstanbulda keçiriləcək “Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak etməkdir”, - məlumatda deyilir.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də iştirak edəcəklər.
“Türk axını” qaz kəməri (“TurkStream”) Türkiyənin qaz nəqli sistemini birbaşa olaraq Rusiyada ən iri qaz ehtiyatları ilə birləşdirir və enerji ehtiyatlarının Türkiyə, Cənubi Avropa və Cənub-Şərqi Avropaya nəqlini təmin edir. “Türk axını” regiona illik 31,5 milyard kubmetr qaz tədarük etməyə imkan yaradacaq.
Qaz boru kəməri 2020-ci il yanvarın 1-dən artıq fəaliyyət göstərir və Rusiya qazının Bolqarıstan və Türkiyənin qərbinə tədarükünü təmin edir. **
N.Abbasova