İranın ali dini lideri Əli Xamenei hesab edir ki, ölkəsi İraqda amerikalı hərbçiləri atəşə tutaraq ABŞ-a cavab verməyə müvəffəq olub.
“Biz bu gecə onlara şillə vurduq”, - Xamenei Qum şəhərində çıxışı zamanı bildirib. Xameneinin çıxışı İran televiziyası ilə yayımlanır.
Eyni zamanda, Xamenei vurğulayıb ki, İranın bu hərəkətləri ABŞ-ın daha öncə yanvarda İraqda həyata keçiridiyi xüsusi əməliyyat qədər ciddi deyil (xüsusi əməliyyat nəticədə komandir Qasım Süleymani öldürülüb). “Bu, onların (ABŞ-ın - İF) etdiyinə bərabər deyil”, - o qeyd edib. **