İran prezidenti Həsən Ruhani Amerikanın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin komandiri Qasım Süleymaninin öldürülməsini insanın əlini itirməsi ilə müqayisə edib və bunu cavabsız qoymayacağına söz verib.
“General Süleymani ilə bağlı hadisədə siz əli kəsdiniz. Biz isə regionumuzdakı ayaqlarınızı kəsəcəyik”, - İran mətbuatı çərşənbə günü Ruhaninin sözlərindən sitat gətirir. **