2020-ci il yanvarın 8-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $63,1 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il yanvarın 8-dək 106 mln. 891,365 min manat (cari məzənnə ilə $62,9 mln.-a yaxın), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
2018-ci ilin sonuna Fondda 96 milyon 449,53 min manat, $123 min 577,88, 15,136 min avro və 5 min rubl məbləğində vəsait olub. Beləliklə, 2019-cu ildə Fonda 10 milyon 441,835 min manat, $90 min və 2,43 min avro vəsait daxil olub Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
B.Rüstəmbəyov