2019-cu il dekabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 mlrd. 258 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.
2019-cu ilin dekabr ayında AMB-nin valyuta ehtiyatları 1,2% və ya $74,9 mln. artıb.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.**
A.Əzizov