2019-cu ildə Azərbaycana 3,17 milyon turist gəlib ki, bu da 2018-ci ilin göstəricisindən 11,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“2019-cu ildə Azərbaycana turist axını 2018-ci illə müqayisədə 11,4% - 3,17 milyon nəfərə qədər artıb. Eyni zamanda, Avropadan gələn turistlərin sayı 224 min nəfər təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 14,7% çoxdur”, - DTA-dan qeyd ediblər.
Avropadan gələn turistlər arasında daha çox artım Böyük Britaniyadan qeydə alınıb – 25,3% - 36 min nəfərə qədər.
2019-cu ildə Almaniyadan turist axını 19,4% - 20 min nəfərədək, İtaliyadan – 10,8% - 12 min nəfərədək, Fransadan – 15.2% - 9 min nəfərədək artıb.
Məlumata əsasən, hesabat dövrü ərzində Cənubi Asiya ölkələri arasında Hindistandan 66,8% - 65 min nəfərə qədər, Pakistandan 12,9% - 46 min nəfərdək artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələri arasında Türkmənistandan turistlərin sayında 85% - 52 min nəfərədək, Qazaxıstandan – 26,1% - 47 min nəfərədək, Özbəkistandan 28,3% - 23 min nəfərədək artım qeyd edilir. **
X.Nəsirzadə