2018-ci ildə “Aqrolizinq” ASC-nin aktivləri 1 milyard 991,516 min manata çatıb, bu da 2017-ci ilin göstəricisindən 23,2% çoxdur.
Cəmiyyətin audit olunmuş maliyyə hesabatına əsasən, 2018-ci ilin sonuna “Aqrolizinq”in uzunmüddətli aktivləri 725 milyon 911,928 min manat (artım 30,3%), qısamüddətli aktivləri – 423 milyon 79,588 min manat (artım 12,7%) həcmində qiymətləndirilir.
2019-cu ilin əvvəlinə “Aqrolizinq”in öhdəlikləri 469 milyon 856,491 min manata bərabərdir (artım 19%).
2018-ci ildə cəmiyyətin kapitalı 26,4% - 679 milyon 135,025 min manatadək artıb. Eyni zamanda, 2020-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi zərəri 40 mln. 479,739 min manat həcmində qiymətləndirilir (azalma 8%).
2018-ci ildə cəmiyyətin nizamnamə kapitalı dəyişməyib - 561 mln. 627,545 min manat təşkil edir.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
B.Rüstəmbəyov