İran prezidenti Həsən Ruhani bəyan edib ki, Amerikanın xüsusi əməlyyatı nəticəsində general Qasım Süleymaninin öldürülməsi əvvəl olmadığı dərəcədə regionu birləşdirdi.
“Amerika düşünürdü ki, general Süleymanini öldürüb İraqda nifaq yarada biləcək, lakin İraq bunun əksinə olaraq daha bütöv, ABŞ-a qarşı həmrəy oldu. Əgər əziz general Süleymani bu bölgəni ABŞ-a qarşı daha həmrəy etməyə çalışsaydı, bu alınmazdı”, - Ruhaninin saytındakı bəyanatda deyilir.
“Bu, xalqımızı son dərəcə birləşdirən tarixi hadisədir”, - Ruhani byan edib. **