Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Anar Quliyevi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edərək həmin Komitənin sədri təyin edib.
Müvafiq sərəncamların mətnləri dövlət başçısının saytında dərc olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi həmin Komitənin sədri Samir Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təyin olunandan sonra 2019-cu il noyabrın 1-dən vakant idi. **
X.Nəsirzadə