İcbari Sığorta Bürosu 2018-ci ildə SOCAR şirkətinin istiqrazlarının alışına sərmayələri 2,3 dəfə - 7 milyon 812,577 min manatadək artırıb.
İSB-nin dərc olunan 2018-ci il ərzində audit olunmuş maliyyə hesabatına əsasən, hesabat ilində Büro dövlətin və dövlət şirkətlərinin istiqrazlarının alışına investisiyaları 3,1 dəfə - 10 milyon 779,233 min manatadək artırıb.
2018-ci ildə İSB 2 milyon 966,656 min manat məbləğində Maliyyə Nazirliyinin istiqrazlarını əldə edib (2017-ci ildə bu cür əməliyyatlar həyata keçirilməyib - İF).
Eyni zamanda, 2018-ci ildə Büro malik olduğöu veksellərin bütün həcmini satıb (2 milyon 3,1 min manat).
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır. İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 mln. təşkil edəcək.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. İSB-nin əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu məqsədlə müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. **
A.Əzizov