İran tərəfindən İraqda Amerikanın bazalarına raket zərbələrinin endirilməsi fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Abdulla Araği cümə axşamı bəyan edib ki, ABŞ-ı daha böyük qisas gözləyir.
İran “yaxın gələcəkdə düşməndən daha sərt intiqam alacaq”, Tasnim agentliyi İslam İnqilab Keşikçiləri Korpusunun quru qoşunları komandirinin müavini Arağinin sözlərindən sitat gətirir. **