Azərbaycanın “Green Factory” şirkəti ölkədə hind quşu ətindən məhsulların istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Layihə «Turkey farm» adlanır. “Green Factory” tərəfindən artıq hind quşu əti məhsullarının istehsalının təşkilini nəzərdə tutan biznes plan hazırlanıb. Layihə $50,3 milyon dəyərində qiymətləndirilir”, - hökumətdən bildiriblər.
Müəssisənin Şəki rayonunda yaradılması planlaşdırılır.
“Hazırda şirkət layihənin maliyyələşdirilməsi məqsədilə investor axtarır. Layhənin reallaşdırlması müddəti iki ildən artıq təşkil edəcək, investisiyaların xərcinin çıxarılması 7 il müddətində qiymətləndirilir”, - hökumətdən vurğulanıb.
Hazırda “Green Factory” Azərbaycanda bağçılıq sahəsində layihələr həyata keçirir (82 hektar sahədə), 25 hektar sahədə istixana komplekslərinin yaradılmasını planlaşdırır. **
N.Abbasova