Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Polşadan quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu barədə AQTA-nın mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, bu qərar başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə qəbul olunub.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşanın Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşanın inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - AQTA qeyd edir.
Bununla əlaqədar, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşadan Azərbaycana gələn nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət olunub. **
X.Nəsrizadə