“Azərbaycan Beynəlxalq Bankı” ASC 2020-ci ildə dövlət büdcəsinə mənfəət vergisi ödənişini bərpa etməyi planlaşdırır.
"Bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il ABB sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə iri məbləğdə mənfəət vergisi ödəyəcək", - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ABB 322,987 mln. manat xalis mənfəət əldə edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
A.Əzizov