Prezident İlham Əliyev Sultan Əlahəzrət Qabus bin Səidin vəfatı ilə əlaqədar Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, – deyə başsağlığı məktubunda bildirilir.*
N.Abbasova