Berlin şəhərində keçiriləcək “Beynəlxalq Yaşıl Həftə-2020” illik sərgidə 10-dan çox Azərbaycan şirkəti iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Beynəlxalq Yaşıl Həftə-2020” sərgisində 11 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Onların arasında qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər yer alır”, - nazirlikdən bildiriblər.
Sərgi yanvarın 17-dən 26-dək keçiriləcək. **
B.Rüstəmbəyov