“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC (Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxildir) strukturu paytaxtda bir sıra işlərin həyata keçirilməsi məqsədilə smeta sənədlərinin hazırlanması üçün podratçıların seçiminə dair üç kotirovka sorğusu elan edib.
Birinci sorğu Bakıda mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçimini; ikinci – həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçimini; üçüncü – məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını nəzərdə tutur.
Hər sorğu üzrə təkliflər 13 yanvrın saat 15:00-dək qəbul olunur. Təkliflərin açılması 15 yanvar saat 11:00-da baş tutacaq. **
X.Nəsirzadə