Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ildə dövlət büdcəsinə 4 milyard 408 milyon 625,54 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 434 milyon 62 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 28,4% artıb.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 702,6 milyon manat məbləğində müəyyən edilib. Beləliklə, vergi və rüsum köçürmələri üzrə illik plan 119,1% yerinə yetirilib.
2019-cu il ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 4 milyon 82,95 min manat, aksizlər üzrə 249 milyon 633,18 min manat, yol vergisi üzrə 45 milyon 431,64 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 109 milyon 477,87 min manat məbləğində olub. **
B.Rüstəmbəyov