2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 104,522 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 39,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Yanvar-sentyabr aylarında sığorta sektorunun gəlirləri 2018-ci ilin üç rübü ilə müqayisədə 5,4% - 586,121 milyon manatadək, sığorta haqları 6.3% - 576,552 milyon manatadək, xalis sığorta ehtiyatları isə 75,632 milyon manat azalıb.
İnvestisiya gəlirləri 45,654 milyon manat (artım 11,1%), sığorta haqlarında təkrar sığortaçıların payı 14,668 milyon manat (artım 50,6%) təşkil edib.
Sığorta sektorunun xərcləri 1,6% - 479,171 milyon manatadək artıb. Sığorta ödənişləri 206,26 milyon manat (artım 6,3%), təkrar sığorta ödənişləri 110,653 milyon manat (azalma 11,3%), işin aparılması xərcləri 138,195 milyon manat (artım 6,1%) təşkil edib.
2019-cu ilin yanvar-sentyabr aylarında sığorta sektoru 2,428 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 74,7% azdır.
2019-cu il oktyabrın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 23-ü sığorta, 1-i təkrar sığorta, 11-i broker şirkətidir.**
Ə.Məmmədov